Royal Castle – 2017-ci ildən bu günə qədər həqiqi pivəsevərlər üçün hazırlanmış unikal bir dad. Hər qurtumda keyfiyyət, ənənə və ləzzəti hiss edin.
Pivələrimiz Avropanın yüksək keyfiyyətli arpa, buğda səmənilərindən isfadə olunmaqla hazırlanır. Bu növ səmənilərdən respublikada yalnız bizim zavodumuzda isfadə olunur. Üyüdülmüş arpa səmənisi içərisində müəyyən temperaturda qızdırılmış su olan qaynama çənlərinə əlavə edilərək qaynadılır. Tam kimyəvi qatqısız və konservantsız hazırlanan təbii və canlı, filrsiz pivələrimizin dadı bir başqadır. 11 sıxlıqla hazırlanan pivələrimizə maya otu ve su xaricində heç bir əlavə qatqı vurulmur. 7 saatlıq prossesin sonunda süzülmüş və qaynadılmış şərbətə maya vurularaq steril şəraitdə 21 gün ərzində fermentasiya prosesindən keçir. Bu zaman çərçivəsində pivənin mayası axıdılır. Sonda özünə məxsus dada ve ətrə malik olan pivələrimiz sizlərə təqdim olunur
Pivələrimiz kimyəvi qatqılarsız, yalnız su, maya, arpa və buğdanın harmoniyasından hazırlanır.
Pastorizə olunmadan təqdim edilən canlı pivələrimiz, tərkibindəki mayaların canlılığını və ləzzətini qoruyur.
2017-dən bu günə pivəsevərlərin seçimi olan Royal Castle, dəqiqliklə seçilən xammal və peşəkar dəmləmə prosesi ilə fərqlənir.
Yumşaq, aromatik və incə malt notları ilə zəngin, xüsusi dad təcrübəsi təqdim edir.
Təravətləndirici, yüngül və xoş meyvə notları ilə zəngin, klassik alman ləzzəti.
Zərif balansı və yüngül içimi ilə hər damaq zövqünə uyğun, incə hop və malt dadı ilə.
Qovrulmuş maltın dərin və zəngin dadı, şokolad və karamel notları ilə mükəmməl harmoniya.
Bavaria — sadəcə pivə deyil, bu zövq, prestij və fərqliliyin təcəssümüdür. Şirkət tədbirləri, dostlarla seçilmiş anlar və prestijli məkanda təqdimatlar üçün idealdır. Unikal dad profili və alman ənənəsinin modern toxunuşu ilə, bu pivə hər kəsin diqqətini çəkəcək.